Bakının Sabunçu rayonunda baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində yaralanan 1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu tanışı tərəfindən güllələnib.
Yaralı vəziyyəti ağır olduğundan yaxınları tərəfindən özəl klinikaya köçürülüb.
***
Bakının Balaxanı qəsəbəsində güllələnmə hadisəsi qeydə alınıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, sözügedən ərazidə Məhərrəmov Etibar Məhərrəm oğlu güllə yarası alıb. O, odlu silahdan açılan atəş nəticəsində qolundan yaralanıb. Yaralı dərhal 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. 1991-ci il təvəllüdlü Məhərrəmovun vəziyyətinin orta ağır olduğu bildirilir. Hələlik, hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.
Faktla bağlı araşdırma başladılıb.