Bakının Nərimanov rayonunda bədbəxt hadisə zamanı 1 nəfər ağır xəsarət alıb.
Yenicag.az xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.
1996-cı il təvəllüdlü Ağayev Fikrət Allahverdi oğlu marketə girmək istəyən zaman onun üzərinə dam örtüyü düşüb. F.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.