Bakıda gənc qız itkin düşdü

Bakıda 19 yaşlı gənc qız itkin düşüb.

Yenicag.az xəbər verir ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, 2001-ci il təvəllüdlü Fəridə Əbilova ötən gün Yasamal rayonunda yerləşən 1 saylı Tibb kollecindən çıxıb və bir daha xəbər alınmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma başlanıb.