Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda generalın bacısı oğlunun törətdiyi qəza - ÖZƏL VİDEOLAR

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda dəhşətli yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, polis kapitanı Hüseynov Cabir Firdovsi oğlunun idarə etdiyi “Range Rover” markalı maşın yol arakəsmələrini təmizləyən “Azəravtoyolservis” ASC-yə məxsus “KamAZ” markalı su maşınına çırpılıb.

Nəticədə, DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğlu olan Cabir Hüseynov maşında sıxılmış vəziyyətdə qalıb.

Ayağı sınan zərərçəkən əvvəlcə 3 saylı Sabunçu Xəstəxanasına, daha sonra isə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çətinliklə də olsa, deformasiyaya uğramış avtomobildən 31 yaşlı polis işçisini çıxartmağı bacarıblar.

Həmin anın özəl videolarını təqdim edirik:

 

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

2139
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM