Bakıda geyim mağazasından oğurluq – Anbaan VİDEO

Bakıda geyim mağazasından oğurluq olub.

Yenicag.az-ın məlumatına görə, hadisə iyulun 15-i gecə saatlarıda Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 134 ünvanında baş verib.

İki nəfər kişi mağazanın qapısını açaraq içəri giriblər. Onlar kassadan planşet və pul götürərək ərazini tərk ediblər. Naməlum şəxslər mağazanın müşahidə kamerasına düşüblər.

Faktla bağlı araşdırma aparılır./Report/