!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda görkəmli özbək yazıçısı Babaxan Şərifin 70 illik yubileyi qeyd edildi – FOTOLAR

!Reklam – Yazi

Türk dünyasının tanınmış şəxsiyyəti Babaxan Şərifin 70 illiyi münasibətilə tədbir təşkil olunub.

Yenicag.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurası və “Kaspi” qəzetinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin dərinləşməsində və türk dövlətləri arasında dostluq əlaqələrinin möhkəmlənməsində əvəzsiz xidmətləri olan görkəmli özbək yazıçı, Beynəlxalq Antik Dünya Elmi Akademiyasının doktoru Babaxan Şərifin 70 illik yubileyi qeyd edilib və “Özbək-Azərbaycan” lüğətinin təqdimat mərasimi keçirilib.

Babaxan Şərifin də qatıldığı tədbirdə filologiya elmləri doktoru, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetininin təsisçisi Sona Vəliyeva, millət vəkili Qənirə Paşayeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sona Vəliyeva çıxışında Babaxan Şərifin Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin genişlənməsində göstərdiyi xidmətlərdən söz açaraq, bunu iki xalq arasında dostluq münasibətlərinin göstəricisi adlandırıb:

“Babaxan bəy özü canlı tarixdir. Babaxan bəy, hər şeydən əvvəl onu qeyd edək ki, Özbəkistanın hansı şəhərinə getsək, sizin adınızı çəkdikdə gördüyümüz münasibət böyük bir dostluğun göstəricisidir. Ümid edirəm ki, siz növbəti illərdə də tərcümə fəaliyyətini uğurla davam etdirəcəksiniz”.

Sona Vəliyeva çıxışını bitirdikdən sonra “Kaspi” qəzeti adından yubilyara xatirə hədiyyələri təqdim olunub.

Tədbirdə çıxış edən Umud Mirzəyev Babaxan Şərifin ikitrəfli əlaqələrin güclənməsində xidmətlərini vurğulayaraq, Mətbuat Şurasının Fəxri mükafatını ona təqdim edib.

Millət vəkili Qənirə Paşayeva çıxışında Babaxan Şərifin iki ölkə arasında “birləşdirici körpü” funksiyasını həyata keçirdiyini bildirib:

“Dəyərli dostumuz Babaxan müəllim, öz vətəninizə xoş gəlmisiniz. İnşallah, 80 illiyinizi Qarabağda keçirərik”.

Daha sonra söz verilən Babaxan Şərif Azərbaycanda olmaqdan duyduğu məmnunluğu ifadə edib və iki qardaş ölkə arasında münasibətlərin yeni səviyyəyə çatdığını bildirib:

“Biz türklər hamımız qardaşıq. Qardaşlar ararsında sevgi olduqda, heç zaman dava olmaz. Bizlərin fəaliyyətinin nəticəsi olaraq, gələcək nəsil bu qardaşlıq bağını sevgi bağına çevirəcək”.

Bir zamanlar Orta Asiyada “Türksünüz?” sualına “Xeyr, mən özbəyəm, türkmənəm” kimi cavablar verilirdi. İndi isə hamımız türk olduğumuzu rahatlıqla deyə bilirik.

Türk dövlətləri arasındakı əlaqələrin daha da genişləndirilməsi müddəaları Naxçıvan anlaşmasında öz əksini tapıb. Həm siyasi, həm mədəni əlqaələri daha da genişləndirmək bizim ən böyük məqsədimizdir.

Hələ görüləcək işlərimiz çoxdur, gələcək nəsillər başladığımız bu işləri davam etdirəcəklər. Dostlarımızın xoş sözlərinə və hədiyyələrinə çox sevindim. Hər birinizə təşəkkür edirəm”.

Çıxışlardan sonra “Özbəkcə-Azərbaycanca” lüğəti təqdim olunub.

Pərviz Mustafa

www.yenicag.az

2366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv