!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda gözətçi boğazından bıçaqlanıb

!Reklam – Yazi

162964_res_01Bakıda daş karxanasının gözətçisi quldur basqınına məruz qalıb. Hadisə Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

Orada gözətçi işləyən Cəlilabad rayon sakini Namiq Məmmədov quldur basqınına məruz qalıb. Əvvəlcə karxanaya gələn naməlum şəxs N.Məmmədovun ayaq nahiyəsinə, daha sonra boğazına bıçaqla zərbə vurub. Bundan sonra o, N.Məmmədovun 132 manat pulunu aparıb.

N.Məmmədov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları quldurluqda şübhəli bilinən şəxsin kimliyini məlum edə bilib. Məlum olub ki, bu, əvvələr quldurluq əməlinə görə məhkum olunmuş Yaşar Şəfiyevdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tutulması istiqamətində araşdırma aparır. (“Report”)

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv