Bakıda gözətçi dəm qazından zəhərləndi

Bakının Xəzər rayonunda hamam otağında bir nəfər zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Pirşağı qəsəbəsində villada gözətçi işləyən 1974-cü il təvəllüdlü Quliyev Arif Qoca oğlu evin hamam otağında dəm qazından zəhərlənib.

O, 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.