Bakıda gözətçi otağı yandı – 1 nəfər xəsarət aldı

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 4 m² olan gözətçi otağının içərisində 1 ədəd döşək və elektrik qızdırıcısının kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Otaq, içərisində olan 2 ədəd qaynaq aparatı və hər birinin həcmi 10 litr olan 4 ədəd propan qaz balonu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.