Bakıda güclü külək fəhləni binadan atıb

скачанные файлыBakıda tikintidə faciə baş verib.

Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb. Tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev binadan yıxılaraq ölüb.

İlkin məlumata görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma – ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir(APA)