Bakıda güclü partlayış baş verib

Partlayish-3Dekabrın 7-də saat 18 radələrində Bakıda güclü partlayış olub.

Suraxanı rayonu Zığ qəsəbəsində yaşayan Seyran Cahangirova məxsus evin zirzəmisində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə evə ziyan dəyib və yanıq xəsarətləri almış S.Cahangirov, qohumları Cavid Cahangirov, Cabir Cahangirov və Zamid Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.