Bakıda güclü tıxac var – Sürücülərin diqqətinə

2015-01-13-11-16-48tixacBu gün səhər saatlarından başlayaraq paytaxta tıxac müşahidə olunur.

Hazırda Heydər Əliyev prospektindən mərkəz istiqamətində güclü tıxac yaranıb. Demək olar ki, prospektdə hərəkət dayanıb.

Əməkdaşımız həmçinin qeyd edib ki, yüksək sürət həddi müəyyənləşdirilən yollarda sürət həddi hava şəraiti ilə əlaqədar aşağı salınıb.

Hazırda paytaxtın digər yollarında da tıxac müşahidə olunur.(Azvision)