Bakıda güclü yanğın: 23 nəfər təxliyə edilib

Bu gün Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasının 2-ci mərtəbəsindən 18-ci mərtəbəsinə qədər 54 p.m elektrik kabeli yanıb.

Yenicag.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 23 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Alov saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yenicag.az