Bakıda güclü yanğın – FOTOLAR

keshle_zavod_yangin (4)Bakının Keşlə qəbəsində yerləşən Kisə Zavodunda güclü yanğın başlayıb.

AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə 6 yanğın söndürmə briqadası cəlb olunub.

Yanğın zavodun həyətində qeydə alınıb. Hadisə nəticəsində bir neçə yük maşınının yanar hissələri yanıb.

Hazırda yanğın davam edir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.