Bakıda yanğın hadisəsi qeydə alınıb.
Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda ümumi sahəsi 80 m2 olan ikimərtəbəli 5 otaqlı evdə 1 otağın tavanı 10 m2 sahədə, qapı və 2 ədəd pəncərə çərçivəsi 4 m2 sahədə, həmçinin ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı qonşu evin mətbəxinin tavanı 5 m2 sahədə və damında tikilmiş yardımçı tikili 12 m2 sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Xəsarət alan şəxsə yerində ilkin yardım göstərilib. Hər iki evin qalan hissəsi və yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.