Bakıda güclü yanğın – YENİLƏNDİ

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 300 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, anbara bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

19:02

Bakıda anbarda yanğın başlayıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi ünvanında anbarda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, yanğının sahəsi təqribən 250 m² təşkil edir.

Hazırda yanğınsöndürmə işləri aparılır.