!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda gül mağazasında yanğın - FOTO

!Reklam – Yazi

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 08:40

Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bununla əlaqədar əraziyə yanğınsöndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib.

Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var.

Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətini tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.

***

Bakının Nizami rayonu ərazisində, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı “Ağ çiçəyim” gül mağazasında yanğın başlayıb.

FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda tikilidə yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən gül mağazasının dam örtüyü yanır.

Yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

www.yenicag.az

7535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv