Bakıda havanın ən çirkli olduğu ərazi

“İl ərzində havanın çirklənməsi ilə bağlı bizim xidmətə 954 müraciətdaxil olub”.

Yenicag.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib. O bildirib ki, araşdırmalarla çirklənmə mənbələri müəyyən olunub və qanunvericilik çərçivəsində cəza tətbiq edilib: “Cəza tədbirləri ilə vəziyyəti düzəldə bilmərik. Hər kəs bu işdə öhdəsinə düşəni etməlidir. 11 qaz qarışığı üzrə araşdırma aparılır. Ən çox çirklənmə Lökbatan dairəsində olub. Çünki orada nəqliyyat sıxlığı müşahidə olunur”.