2022-ci ildə Bakı şəhərində, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 829,1 milyon manatlıq məhsul istehsal edilib.
Bakı Şəhər Statistika İdarəsindən Yenicag.az-a bildirilib ki, 2021-ci illə müqayisədə metallurgiya sənayesində 12 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində 2 dəfə artım müşahidə olunub.
2021-ci ilin müvafiq dövrünə nisbətən sahə üzrə qara metallardan digər konstruksiyaların istehsalı 91,1 faiz, alüminium çubuqlar, millər və profillər 49,5 faiz, armaturun istehsalı 22,7 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı isə 5,2 faiz artıb.