Bakıda həbsxanada yanğın olub

366435-1Bakıda həbsxanada yanğın baş verib.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın Xətai rayonu ərazisində, Sabit Orucov küçəsində yerləşən yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisədə baş verib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.

Yanğının müəssisənin zirsəmi hissəsində baş verdiyi bildirilib. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.