Reklam: High Technic
hightechnic

Bakıda hərbi təyinatı olmayan metal parçası tapıldı

Binədə hərbi təyinatı olmayan metal parçası aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, bu gün saat 18:19-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xəzər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə Bakavtomat yolunun kənarında məişət tullantıları sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat– axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd heç bir hərbi təyinatı olmayan metal parçası aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal parçasının tapıldığı yerin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.yenicag.az

550