Bakıda “Hyundai” kül oldu

Bakıda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.