Bakıda “Hyundai” yandı

Bakı şəhərinin Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.