Bakıda I kurs tələbəsi universitetin yanında bıçaqlandı

Bakı Avrasiya Universitetinin tələbəsi bıçaqlanıb.

Yenicag.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Universitetin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli saytımıza açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, hadisə universitet ərazisində baş verməyib: “Universitetin yanında olan qəbiristanlıqda tələbə bıçaqlanıb. O, yıxıla-yıxıla universitetə gəlib və təcili xəstəxanaya çatdırılıb. Hələlik adı məlum olmasa da, universitetin birinci kurs tələbəsidir”./Qafqazinfo/