Bakıda içində 6 soyuducu olan anbar kül oldu

Bakı şəhərində yanğın faktı qeydə alınıb.

Yenicag.az FHN-dən verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 150 m2 olan anbarın lambirdən ibarət tavanı 30 m2 sahədə və 6 ədəd soyuducu yanıb.

Məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.