İyulun 23-də ölkəmizdə bas tutacaq “iFest” innovasiya va Texnologiya Festivalının mətbuat konfransı keçirilib.
Yenicag.az xəbər verir ki, konfransda həmin tarixdə keçiriləcək layihə ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb.
40-a yaxın media qurumunun təmsilçisinin iştirak etdiyi mətbuat konfransında açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) PR və Media Komitəsinin sədri Dilşad Musa edib.
Daha sonra tədbirin ev sahibi Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, festival KOBSKA-nin taşkilatçılığı, Kapital Bankın baş sponsorluğu ilə keçiriləcək.
N.Ələsgərova layihə çərçivəsində görüləcək işlərdən ətraflı bahs edib, layihənin əsas məqsədinin texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafina dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirmək olduğu bildirib. O qeyd edib ki, festival müddətində müxtəlif tədbirlər; startap taqdimatlari (Pitching) investor görüşləri, “Startap Forumu”nun təqdimatı, texnologiya şirkətlərinin və startapların sərgisi, həmçinin texnoloji şou və konsert proqramları keçiriləcək. Festivalda texnologiya sahəsində fəaliyyət götərən şirkətlər, həmçinin MVP mərhələsinə çatmış startaplar iştirakçı olaraq öz stendləri ilə birgə təmsil olunacaqlar. Bununla yanaşı, yerli və xarici vençur fondları və mələk investorları da festivalda öz yerini alacaq. Foruma Rusiya, Qazaxıstan, Özbəkistan və Türkiyədən investorların və iştirakçılar cəlb olunacaq.
Festivalın baş sponsoru Kapital Bankın səlahiyyətli nümayəndəsi çıxış edib və bu kimi layihələrin dəstəklənməsinin Kapital Bank üçün prioritet olduğunu, texnologiya və innovasiya ilə əlaqədar məlumatlılıq səviyyəsinin artırılmasımın vacib olduğunu qeyd edib. Verilən məlumata əsasən, ölkəmizin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, bu il “iFest” COP29-a həsr olunacaq, Yaşıl texnologiya yaşıl dünya naminə şüar ilə həyata keçiriləcək.
Mətbuat konfransın sonunda çıxışçılar media nümayəndələrini festivalın işqlandırılmasında fəal olmağa və birgə əməkdaşlığın daha sıx qurulmasına dəvət edib.
Xatırladaq ki, “iFest” innovasiya və Texnologiya Festival 23 iyul saat 09:00 tarixinda “Baku Marriott Boulevard Hotel”də keçiriləcək.
Rafi Müslümov