!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda II Atalar Festivalı keçiriləcək

!Reklam – Yazi

16 iyul saat 10:30-da Bakı şəhərində Şərq Bazarında II Atalar Festivalı keçiriləcək.

Tədbirin əsas məqsədi gender stereotiplərini qırmaq və valideynlik məsuliyyətlərinin bərabər bölüşdürülməsinin təşviqidir.

Festivalın ilk hissəsində valideynlər üçün uşaq təhlükəsizliyi, sağlam həyat tərzi barədə təlimlər yer alacaq. Bu zaman uşaqlar üçün müxtəlif ustad dərsləri, əyləncəli oyunlar təşkil olunacaq. Sonra analar yoqa və meditasiya guşələrində olarkən, atalar övladları ilə bərabər vaxt keçirəcək, qızları ilə robotlar, oğlanları ilə qida və içkilər hazırlamaq üçün yarışacaqlar.

Festival çərçivəsində təşkil olunan tədbirlərdə bir daha vurğulanacaq ki, ata olmaq böyük məsuliyyət tələb edən və eyni zamanda, həyatda yaşanan ən gözəl bir duyğudur. Övladının həyatında iştirak edən, ona dəstək verən və onu sevən bir ata olmaq isə əsl xoşbəxtlikdir.

Elmi araşdırmalara əsasən, atalar uşaqlarının böyüməsində aktiv iştirak etdiyi halda uşaqların davranışlarında problemlərə daha az rast gəlinir, belə uşaqlar böyüyəndə həyatda daha uğurlu fərd olurlar. Ataları ilə daha yaxın və isti münasibəti olan uşaqlarda sosiallaşma və ünsiyyət qurma bacarığı, habelə liderlik və özünə əminlik, özgücünə inam hissləri daha yüksək səviyyədə inkişaf edir.

Festivalda, həmçinin, ilk yardım təlimi, xüsusi təlim-konsultasiya, yaradıcı-inkişaf etdirici oyun və əyləncə stendləri də olacaq.

Festival Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq Qaynar Xəttinin dəstəyi ilə, “MOMs Azerbaijan” Qadın və Uşaq İnkişaf Platforması tərəfindən həyata keçiriləcək.

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv