!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda II Avrasiya Hüquq Qurultayı keçirildi - FOTO

!Reklam – Yazi

Bakıda II Avrasiya Hüquq Qurultayı keçirilir.

Tədbirdə ümumilikdə, 40 ölkədən 250 nümayəndə iştirak edir.

Qurultayda Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Türkiyə ədliyyə nazirinin müavini Yıldız Səfərinoğlu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral və başqaları çıxış ediblər.

Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov Bakıda keçirilən II Avrasiya Hüquq Qurultayında çıxışı zamanı bilıdirib: “Son hadisələr, o cümlədən ötən həftə Strasburqda terror aktının baş verməsi bu ümumbəşəri bəla ilə mübarizədə yeni mexanizmlərin tapıb tətbiq edilməsinə, birgə səyləri daha da gücləndirməyi daha vacib edir. Bu, hüquq çərçivəsində olmalıdır. Terrorçuluqla mübarizədə ekstradisiya, hüquqi yardım sahəsində əməkdaşlığa diqqət artırılmalıdır. Azərbaycan universal və regional konvensiyalardan irəli gələn tələbləri vicdanla yerinə yetirməklə kifayətlənməyərək, ekstradisiya və hüquqi yardım haqqında xüsusi qanunlar da qəbul edib”.

A.Cəfərov qeyd edib ki, bu, xarici tərəfdaşlarla əməkdaşlıq müqaviləsi olmadan belə, həyata keçirməyə imkan verir, bütövlükdə terrorun qarşısının alınması üçün əlavə mexanizmdir: “FETÖ” terror təşkilatının üzvlərinin ifşa edilərək Türkiyəyə təhvil verilməsi bu sahədə əməkdaşlığın yaxşı təcrübələrindəndir”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Qurultayda çıxışı zamanı bildirib ki, Azərbaycan torpaqlarının işğal altında qalması ən böyük ədalətsizlikdir.

Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi beynəlxalq hüquq baxımından utancvericidir: “Biz Qarabağda, Fələstində və digər yerlərdə axan göz yaşlarını dindirə bilmiriksə, deməli, insanlıq yaralıdır. Bu istiqamətdə fəaliyyəti görmürük”.

Onun sözlərinə görə, bütün ölkələr davranışlarını qanuni şəkilə salmaq üçün beynəlxalq hüquqa uyğun səbəblər yaratmağa çalışırlar: “İraqda, Əfqanıstanda, Suriyada baş verənlər də bu qəbildəndir. Dünyada böyük ədalətsizlik, haqsızlıq var”.

Qurultay dekabrın 18-də başa çatacaq.

www.yenicag.az

1769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv