!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda II Kitab Festivalı keçirildi - Fotolar

!Reklam – Yazi

Bu gün Bakının Yasamal rayonu ərazisində “Azərkitab” evininin qarşısındakı parkda Ümummilli lider Heydər Əliyevin 96 və Azərkitab Kitab Təbliğatı mərkəzinin 2 illiyinə həsr olunmuş II Kitab Festivalı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə iştirak edən görkəmli dövlət xadimləri, ziyalılar və millət vəkilləri kitabların böyük əhəmiyyət kəsb edərək, cəmiyyətdə mühüm rol oynadığını qeyd ediblər. Bir-birinin ardınca çıxış edən millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, Elmira Axundova, eləcə də xalq yazıçısı Çingiz Abdullayev vurğulayıblar ki, kitablar cəmiyyətin mədəni və mənəvi həyatında mühüm rol oynayır.

Qənirə Paşayeva bildirib ki, qələbə günü olsa da , bu gün həm də savadsızlığa, cahilliyə qarşı qələbəmizdir.

Qeyd edək ki, 2 Kitab Festivalında 20-dən çox nəşriyyat və kitab evlərinin kitablarının endirimli satışı ilə yanaşı, Çingiz Abdullayev, Elxan Elatlı, Varis, Rövşən Abdullaoğlunun da imza günü keçirilib.

Festival tanınmış sənət adamlarının ifasında konsert proqramı ilə davam edib.

Tahirə Nur

www.yenicag.az

2546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv