Bakıda III Beynəlxalq Süd Vəzi Xərçəngi Konqresi keçirildi – VİDEO

Bu gün Bakıda III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi və Beynəlxalq Senologiya Konqresi keçirilib.

Yenicag.az xəbər verir ki, konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, Azərbaycan Onkoloqlar Cəmiyyəti, Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının və “Senologic International Society” ilə birgə təşkilatçılığı ilə baş tutub.

Konqres zamanı Türk Plastik və Estetik Cərrahi Dərnəyinin başqanı, professor Şükrü Yazar, Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov və səhiyyə nazirinin müavini Nadir Zeynalov problemin həll yolları ilə bağlı çıxış ediblər.

Qeyd edək ki, süd vəzisi xəstəlikləri, o cümlədən süd vəzi xərçənginin önlənməsi, diaqnostikası və müalicəsi sahəsində çalışan mütəxəssislər dünyanın dörd bir yanından gələrək sözügedən tədbirdə iştirak ediblər.

2 gün davam edəcək konqres çərçivəsində iştirakçılar süd vəzisi xəstəlikləri, süd vəzisi xərçəngi və qadın sağlamlıq sahələrinə aid müxtəlif mövzulara dair simpoziumlar və konfransönü kurslar, e-poster sessiyaları və digərlərindən faydalanacaqlar.

Ətraflı videomaterialda:

Məsimə Məmmədova

Samir Məcidov

COP29