Bakı-Sumqayıt yolunda qəza tıxaca səbəb olub.
Yenicag.az-ın məlumatına görə, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusu toqquşub.
Toqquşma nəticəsində həmin ərazidə avtomobillərin tıxacı yaranıb. Həmçinin qəza səbəbindən Bakı-Sumqayıt yolu bağlanıb.
Hadisə nəticəsində ölən olmayıb, yüngül xəsarət alanlar var./Trend/