!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda iki avtobus toqquşdu

!Reklam – Yazi

qezaavtobusBu gün Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu bir-birinə çırpılıb.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Komsomolski” dairəsi adlanan ərazidə Mərdəkandan şəhərə gələn 100 saylı, “Daewoo” markalı, 10 TY 274 nömrə nişanlı avtobusla “Hyundai” markalı avtobus toqquşub.

Qəza nəticəsində sərnişin avtobusunda 4 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya uğrayan “Hyundai” markalı avtobus Heydər Əliyev Beynəlxalq Aeroportuna məxsus olub.

Faktla bağlı araşdırma aparılır(ans).

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv