Bakıda iki avtobus toqquşub, yaralılar var

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 57 saylı marşrutla “Bakubus” MMC-yə məxsus 7A avtobusu toqquşub. Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.