Bakıda iki avtomobil toqquşdu

скачанные файлы (1)Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sabunçu Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Kürdəxanı-Zabrat yolunda qeydə alınıb.

Sürücülərinin kimliyi hələlik məlum olmayan iki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.