Bakıda iki gənc qız itkin düşdü

106749_res_01Paytaxtda iki qız itkin düşüb.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Bakıxanov qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Rəfiqə Mətləb qızı Məmmədovanın və 1997-ci il təvəllüdlü Nərmin Coşqun qızı İsmayılovanın avqustun 19-da itkin düşmələri ilə bağlı polisə məlumat daxil olub.

Daxil olan məlumatlar əsasında axtarışlara başlanıb.