Bakıda iki gün güclü külək əsəcək – AÇIQLAMA

“Bu gün və sabah paytaxtda küləyin sürəti güclənəcək”.

Yenicag.az xəbər verir ki,  bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, küləyin sürəti iyulun 27-dən etibarən azalacaq:

“İyulun 25-i və 26-da mülayim şimal-qərb küləyi arabir güclənəcək. İyunun 27-dən isə şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəzlənəcək. Yəni bu gün və sabah bir qədər mülayim şimal-qərb küləyinin arabir güclənməsi proqnozlaşdırılır”.