Bakıda iki maşın toqquşdu: ölən var

Bakıda ağır yol qəzası baş verib.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1959-cu il təvəllüdlü Əzimov İlham Məmmədqulu oğlunun meyitini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 04:15-də başa çatıb.

Yenicag.az