Bakıda iki nəfər qarpızdan zəhərlənərək ölüb

скачанные файлыBakıda qida zəhərlənməsindən ölüm faktları qeydə alınıb.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Marina Nəcmuddinova qarpızdan zəhərlənərək ölüb.

Digər hadisə isə Binəqədi rayonunda qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində yaşayan azyaşlı Adil Həşimov qarpızdan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktlarla bağlı araşdırma aparılır.