!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda iki nəfərin öldüyü qəzanın ŞOK VİDEOsu

!Reklam – Yazi

454207İyulun 21-də, saat 11.37 radələrində Bakıda ağır yol qəzası baş verib.

Qala-Türkan yolundakı dairədə – yanacaqdoldurma məntəqəsinin qarşısında “VAZ-2107” markalı, 10 XF 917 dövlət nömrə nişanlı və “Ford” markalı, 90 HJ 927 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Milli.Az bildirir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov avtosfer.az-a deyib ki, hadisə ilə bağlı aparılan ilkin araşdırma zamanı “Ford”u idarə edən 1994-cü il təvəllüdlü, Hacıqabul rayonunda anadan olmuş və Binə südcülük sovxozu ərazisindəki yeni yaşayış massivində yaşayan Əliyev Vasif Fuad oğlunun sürücülük vəsiqəsi olmadığı üzə çıxıb. O, həmin avtomobillə Binə çörək zavodunun çörək və digər un məmulatlarını Şüvəlan, Mərdəkan və Həşəxunu yaşayış məskənləri ərazisində daşımaqla məşğul olurmuş.

Hadisə zamanı ölənlər Xocalı şəhər sakini, Ramana qəsəbəsində yaşayan 1973-cü il təvəllüdlü Əsədov Rüstəm Elbrus oğlu və Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü Əliyev Zahir Tapdıq oğludur. Məlumata görə, Rüstəm Əsədov “07”nin sürücüsü, Tahir Əliyev isə onun sərnişini olub. Həmin avtomobildə olan digər iki sərnişin xəsarət alıb. “Ford”un sürücüsü və sərnişini də yaralanıb və ilkin tibbi yardım göstərilib. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Vaqif Əsədov onu da bildirdi ki, hüquqi və fiziki şəxslər məhsulların daşınmasını həyata keçirərkən istifadələrində olan nəqliyyat vasitələrini idarə edənlərin sürücülük hüququnun olub-olmamasına diqqət etməli, onları reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Əks halda, qanunvericiliyin tələbinə əsasən, onları da ciddi cəzalar gözləyir: “Zavod rəhbəri həmin şəxsin sürücülük vəsiqəsi olmadığını bildiyi halda avtomobili ona verməsəydi, belə hadisə də baş verməzdi. Bu cür müəssisə rəhbərləri belə məsələlərdə diqqətli olmalı və qanunun tələblərinə əməl etməlidirlər”.
Avtosfer.az həmin qəzanın videosunu əldə edib. “Təhlükəsiz şəhər” kameraları vasitəsilə qeydə alınan videoda qəzanın necə baş verdiyi aydın şəkildə görünür. O da görünür ki, qəza anında zərbənin təsirindən yerində fırlanan “07”dən iki nəfər bayıra düşür. Onlar təhlükəsizlik kəmərini bağlamadıqları üçün bu mənzərə yaranır.

Qəzanın özəl videosunu təqdim edirik:

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv