Bakıda iki qardaş bıçaqlandı

2015-01-30-09-24-35bicaqlanma-seklirty5Bakıda iki qardaş bıçaqlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, aprelin 18-də saat 00:30 radələrində Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində Elnur Nəsirova və qardaşı Orxana bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Tehran Zahid oğlu Səlimov tutulub(apa).

Loading...