Bakıda iki sərnişin avtobusu toqquşub: yaralananlar var

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Bakıda sərnişin avtobus qəza törədib, yaralananlar var.

Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, hadisə zabrat yolunda baş verib.
Belə ki, 10- TE-168 qeydiyyat nömrə nişanlı, 98 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Yenicag.az