!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakıda ikinci Formula1 yarışı keçiriləcək? – RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi
Dünən FOM və yarışın təşkilatçıları Yaponiya Qran Prisinin ləğv olunması barədə qərar qəbul ediblər. 
Yenicag.az F-1.az-a istinadən xəbər verir ki, bundan sonra təqvimdə müəyyən boşluq yaranıb və FOM tezliklə təqvimin yeni versiyasını dərc edəcəyini bildirib.

Formula1 azarkeşləri üçün, xüsusən də bu idmanın ölkəmizdəki azarkeşləri üçün Yaponiya Qran Prisindən əvvəl təqvimdə yer alan Türkiyə yarışının taleyi ön plana keçib.

Xatırladaq ki, hələ yayda ləğv olunan Kanada Qran Prisinin yerinə təqvimə əlavə olunan İstanbul yarışı daha sonra təqvimdən çıxarılmışdı. Buna səbəb isə Britaniya hökumətinin qəbul etdyi karantin qərarı idi. Belə ki, Türkiyə qırmızı siyahıya salındığı üçün Britaniyaya qayıdan çempionat iştirakçıları mütləq karantin müddətini xüsusi yerdə keçmək məcburiyyəti ilə üzləşməli olurdular.

İkinci dəfə türk yarışı Sinqapur Qran Prisinin yerinə təqvimə daxil edildi – İstanbuldan isə çempionat iştirakçıları Yaponiyaya getməli idilər, yəni gündoğan ölkədən Britaniyaya və ya Avropaya qayıtmaq problem deyildi. Amma indi Suzuka yarışının da ləğv olunması, Türkiyənin hələ qırmızı siyahıdan çıxmaması yenə də bu yarışın keçirilməsini sual altına qoyub.

Məsələnin iki çıxış yolu var – ya İstanbul yarışı yenə ləğv olunmalıdır, ya da yapon yarışının yerinə Avropadan xaricdə, amma qırmızı siyahıda olmayan bir ölkədə yarış keçirilməlidir. Ona görə də xarici mətbuatda türk mediasının ötürməsi ilə bizim ölkədə mövsüm ərzində ikinci yarışın keçirilməsi barədə məlumatlar peyda olub. Məlumata görə, ölkəmizdə ikinci yarış oktyabrın 10-da keçiriləcək.

Bəri başdan deyək ki, bizim şəhər küçələrində baş tutan yarışın hazırlığı ən azı 3 ay çəkdiyi üçün ölkədə göstərilən tarixdə ikinci yarışı keçirmək qeyri-mümkündür. Amma məlumatı dəqiqləşdirmək üçün yarışın təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əlaqə saxladıq.

Qurumdan rəsmən bildirdilər ki, yayılan məlumatlar həqiqətə uyğun deyil, nə belə tələb var, nə də belə təklif…

www.yenicag.az

869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv