Bakıda ikinci sinif şagirdi dərsdə öldü

Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə şagird dərs zamanı vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a məktəbdən məlumat verilib.

“Böyük təəssüf hissi ilə nəzərinizə çatdırıram ki, məktəbimizin II “ğ” sinif şagirdi 12.06.2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu bu il sentyabrın 24-də saat 16:40 radələrində vəfat edib. Şagird özünü narahat hiss eden anda dərhal ona ilk tibbi yardım göstərilib, lakin təəssüf ki, kömək etmək mümkün olmayıb”, – məktəbdən bildirilib.

Faktla bağlı araşdırma aparılır, ölümün səbəbi tibbi-ekspertizanın rəyindən sonra məlum olacaq.