“Bakıda Əliyev (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev – red.) bizə işarə edərək dedi ki, biz qatillərik”.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan açıqlayıb.
“Mən həmkarlarımdan bir neçəsi Vaan Hovhannisyan və Artak Zakaryanla Bakıya getmişdik, Bakıda Əliyev bizə işarə edərək dedi ki, biz qatillərik”, – deyə deputat qeyd edib.
Keçmiş deputat baş nazir Nikol Paşinyanla bağlı tənqidi fikirlər səsləndirib: “Müharibədən sonra mənə dedilər ki, Nikol parlament kürsüsünə yaxınlaşır. Dedilər: kürsünü əhatə edin və yaxınlaşmasına imkan verməyin. Qoy qarşıdurmaya getsinlər, parlament buraxılsın, siyasi böhran yaransın”.
Qeyd edək ki, erməni deputatlar 2012-ci ilin aprel ayında “Avronest” Parlament Assambleyası çərçivəsində 10 nəfərlik heyətlə Bakıya gəliblər. /unikal