Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib.
Bu barədə Yenicag.az-a BNA-dan məlumat verilib.
Məlumatda bildirilib ki yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:
1. Sarı kəsişmə toru təşkil edilib;
2. Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;
3. Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.