Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, sentyabrın 24-də saat 03:44 radələrdində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu dövlət qeydiyyat nişanı 77 XS 413 “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər.
Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü Bəxtiyar İsmayılov, 1980-ci il təvəllüdlü Əjdər Əjdərov saxlanılıblar.
Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib.
Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan herion, psixotrob maddə olan metamfetamin, güclü təsiredici edən dərman peraparatları aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.İstintaq hərəkətləri davam etdirilir.