Bakıda İNTİHAR – 41 yaşlı kişi özünü asdı

hanging_1304151477464323Bakıda 41 yaşlı kişi özünü asıb. Bu barədə Trend-ə Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 25-də səhər saat 10 radələrində rayonun Sulutəpə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Quliyev Nahid Qənimət oğlu Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsində yaşadığı evdə özünü asaraq öldürüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.