Bu gün Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində fərdi evdə yaşayan 1977-ci il təvəllüdlü Seyidov Samir Tahir oğlu özünü asıb.Onun asılı vəziyyətdə qalmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.
Bildirilir ki, S.Seyidov intihar etməzdən əvvəl məktub yazıb. Məktub istintaqçılar tərəfindən götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır(lent).