Reklam: High Technic
hightechnic

Bakı avtovağzalında intihar – Qadın özünü aşağı atdı

Bakı Beynəlxalq Avtovağzalında ölüm faktı qeydə alınıb.

Yenicag.az  Minval.info-ya istinadən xəbər verir ki, bir qadın avtobuslar yerləşən platformadan özünü aşağı atıb.

Hadisə nəticəsində, qadın ağır kəllə-beyin travması alıb və dünyasını dəyişib. Qadının özünə qəsd məqsədilə bunu etdiyi düşünülür. Çünki o, Bakı Beynəlxalq Avtovağzalında yerləşən ətir dükanında işləyirmiş və daha əvvəl də intihara cəhd edib.

Məlumatı daha da dəqiqləşdirmək üçün Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidməti ilə əlaqə saxladıq. Yaşar İsakov məzuniyyətdə olduğu üçün hadisə haqqında məlumatsız olduğunu dedi.

Ətraflı məlumat əldə etməyə çalışırıq.

www.yenicag.az

3929