Bakıda iş adamı intihara cəhd edir – VİDEO

ish110Bir neçə gün əvvəl yarımçıq tikiliyə çıxaraq intihar etmək istəyən iş adamı bu dəqiqələrdə yenidən intihara cəhd edir.

İş adamı yenidən Akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun yanında yerləşən Zeytun bağının içərisində tikilmiş binanın üstünə çıxıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl iş adamının binasını sökmək istədikləri üçün intihara cəhd etdiyi bildirilirdi.

Şahidlərin hadisə yerindən “Qafqazinfo”ya göndərdikləri videonu təqdim edirik:

https://youtu.be/NG33mh5rgbE